Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın “Rakuv” klubunun heyətində növbəti qolunu vurub.

Futbolinfo.az xəbər verir ki, hücumçu Xorvatiyada “Hayduk”a qarşı keçirdikləri Konfrans Liqasının pley-off mərhələsinin ilk oyununda fərqlənib.

Forvard 27-ci dəqiqədə meydan sahiblərini məyus edib. Mahirin 90 dəqiqədə meydanda olduğu görüşdə qalib müəyyənləşməyib – 2:2.

Xatırladaq ki, Mahir Emreli iyulun 17-də “Rakuv”a keçib. Bu, onun yeni komandasında üçüncü qoludur.

Bu gün digər azərbaycanlı futbolçulardan Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” da Avropa Liqasının pley-off mərhələsində Norveçin “Lilleström” komandasını qəbul edib. Qolsuz bitən görüşü Zamiq sonadək ehtiyat oyunçular skamyasından izləyib.

Murad Məmmədovun bu yay müqavilə bağladığı Kipr “Pafos”u isə Konfrans Liqasında Albaniyanın “Dinamo Siti” kollektivi ilə qarşılaşıb. Murad 1:1 hesabıyla başa çatan bu səfər matçında iştirak etməyib. Onun adı iştirak ərizəsində də yer almayıb.

Shares: