“Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununa çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bu turnirin pley-off mərhələsində “Tvente” ilə qarşılaşacaq.

Niderland təmsilçisi ilə ilk görüş Enshededə baştutacaq. Oyunu Albaniyadan olan hakimlər idarə edəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Bu komandaların cavab görüşü gələn həftə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Konfrans Liqası
Pley-offun ilk oyunu

20 avqust

Tvente – Qarabağ 0:0 (1-ci hissə)
Baş hakim: Yucin Caya (Albaniya).
“Tvente” stadionu.

Tvente: 1. Lars Unnerstal, 3. Robin Pröpper (k), 6. Ramiz Zerruki, 7. Marko Pyaça, 9. Vout Veqhorst, 11. Daan Rots, 27. Sondre Oryaseter, 28. Bart van Roy, 29. Aske Adelqor, 42. Dauda Veydmann, 43. Rud Neystad.
Ehtiyat oyunçular: 16. Yoel Drommel, 22. Remko Pasver, 4. Matias Kyolo, 10. Sam Lammers, 12. Gilyerme Peyşoto, 14. Kristian Hlinsson, 17. Filip Torvaldsen, 19. Yunes Taha, 20. Van Den Belt, 24. Kristof Kurovski, 25. Venneqor of Hesselink, 38. Maks Bruns.
Baş məşqçi: Con van den Brom.
Qarabağ: 23. Martin Zlomisliç, 2. Mateus Silva, 4. Bense Varkonyi, 5. Bruno Lanqa, 7. Jali Muaddib, 8. Marko Yankoviç, 20. Kadi Borges, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 55. Bədavi Hüseynov (k), 88. Samuel Lobato.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateus Koxalski, 9. Xoni Montiel, 13. Bəhlul Mustafazadə, 18. Dani Bolt, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov.
Baş məşqçi: Qurban Qurbanov.

Shares: