Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.
Futbolinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasındakı qarşılaşma Belçika Portuqaliyaya qalib gəlib.
Görüş 3:0 (25:16, 25:21, 25:11) hesabı ilə yekunlaşıb.
Belçika ilk qarşılaşmada İspaniyanı 3:2 hesabı ilə üstələyib.
Xatırladaq ki, C qrupunun bu gün baş tutacaq digər oyununda Azərbaycan millisi İspaniya ilə üz-üzə gələcək. Bu matç saat 18:30-da start götürəcək.
