“Qarabağ” “Sabah”ı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Futbolinfo.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.
Paylaşımda bildirilib: “Qarabağ” FK “Sabah” FK-nı UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edir, Avropa arenasında növbəti oyunlarında uğurlar arzulayır”.
Uelsin TNS (The New Saints) klubu da “Sabah”ı təbrik edib. “Müqəddəslər” rəsmi sosial şəbəkə hesabında bu sözləri paylaşıb:
“UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibimiz “Sabah”ı bu gecə liqa mərhələsinə vəsiqə təmin etməsi münasibətilə təbrik edirik”.
Xatırladaq ki, Azərbaycan təmsilçisi turnirin 1-ci təsnifat mərhələsində məhz Uels çempionu TNS-lə qarşılaşmış və hər iki oyunda qalib gələrək (Bakıda 2:0, səfərdə 2:1) növbəti raunda adlamışdı.
“Bayquşlar” pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) klubunu sıradan çıxararaq (səfərdə 1:2, Bakıda 5:2) adını Çempionlar Liqasının əsas mərhələsinə yazdırmağı bacarıb.
