Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun keçirilib.

Futbolinfo.az xəbər verir ki, günün ikinci matçında Niderland İspaniyanı məğlub edib.

Milli Gimnastika Arenasında gerçəkləşən qarşılaşma 3:0 (25:13, 25:11, 25:16) hesabı ilə yekunlaşıb. “Narıncılar” daha əvvəl Portuqaliya (3:0) və Rumıniyaya (3:2) qalib gəlib.

Günün ilk matçında Belçika Rumıniyanı məğlub edib – 3:0.

Xatırladaq ki, C qrupunun oyunları Milli Gimnastika Arenasında avqustun 28-dək təşkil olunacaq.

Shares: