Şotlandiyalı snuker üzrə keçmiş dünya çempionu Qrem Dott iki uşağa qarşı cinsi zorakılıqda təqsirli bilinib.
Məhkəmə materiallarına görə, zərərçəkənlərdən biri 1993-1996-cı illərdə, digəri isə 2006-2010-cu illərdə zorakılığa məruz qalıb və həmin vaxt hər ikisi ibtidai məktəbdə oxuyub. Dott məhkəmə prosesində ona qarşı irəli sürülən bütün ittihamları rədd edib, lakin Qlazqo Ali Məhkəməsi onu iki epizod üzrə təqsirli hesab edib.
49 yaşlı Dottun hökmü sentyabrın 29-da Edinburqdakı Ali Məhkəmədə elan olunacaq. O, 2006-cı ildə snuker üzrə dünya çempionu olub və finalda Piter Ebdonu məğlub edib. Dünya Peşəkar Bilyard və Snuker Assosiasiyası (WPBSA) Dottu ittihamlar irəli sürüldükdən sonra 2025-ci ilin aprelində yarışlardan uzaqlaşdırmışdı.
