20 qat “Böyük Dəbilqə” turnirinin qalibi, 45 yaşlı Rocer Federer Serena Uilyams kimi peşəkar tura qayıtmasının mümkün olub-olmadığına aydınlıq gətirib.

İsveçrəli tennisçi ABŞ Açıq çempionatı öncəsi mətbuat konfransında bunun heç bir halda baş verməyəcəyini bildirib. Federer geridönüş üçün antidopinq test proqramına qoşulmaq və hər gün müəyyən vaxt ərzində yerini bildirmək kimi tələblərin olduğunu qeyd edib.

O, bu prosesdə çoxsaylı maneələrin olduğunu və hazırda həddindən artıq məşğul olduğunu vurğulayıb. Federer hətta sadəcə tennis oynamağa belə çətinliklə vaxt tapdığını deyərək karyerasını bərpa etmək fikrində olmadığını bildirib.

Shares: