İran çempionatında üçüncü turun oyunları keçirilir.

Dünən “Traktor” öz meydanında “Persopolis”i qəbul edib. Matç Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdəki yeganə qolu 90-cı dəqiqədə Tomislav Strkalj vurub.

Bununla da, “Traktor” çempionatda ardıcıl üçüncü qələbəsini qazanıb. Təbriz klubu hazırda 9 xalla “İstiqlal”la birgə çempionatın şərikli lideridir.

Shares: