“Sabah” bu gün Çempionlar Liqasında növbəti sınağına çıxacaq.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan çempionu bu turnirin pley-off mərhələsində İsrailin “Hapoel” (Beer-Şeva) komandası ilə mübarizə aparır.

Bu komandalar arasında bir həftə öncə səfərdə keçirilən ilk matçda “Sabah” 1:2 hesabıyla uduzub. İndi bu rəqibi mübarizədən kənarlaşdırmaq və Çempionlar Liqasında daha bir tarix yazmaq üçün “bayquşlar”ın inamlı qələbəyə imza atması lazımdır.

Mərkəzi arenada keçiriləcək oyunu rumıniyalı tanınmış referi İştvan Kovaç idarə edəcək.

Çempionlar Liqası
Pley-offun cavab oyunu

25 avqust

Sabah – Hapoel (Beer-Şeva)
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Tofiq Bəhramov adına Respublika stadionu.

Shares: