Bu yay “Turan Tovuz”dan ayrılan Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Filip Ozobiç özünə yeni klub tapıb.

Futbolinfo.az xəbər verir ki, 35 yaşlı futbolçu Xorvatiyanın “Mladost” (Jdravoli) klubu ilə anlaşıb.

Tərəflər arasındakı müqavilənin müddəti açıqlanmayıb.

Xatırladaq ki, Ozobiç ötən mövsümü “Turan Tovuz”da keçirib. O, daha öncə Azərbaycanda “Neftçi”, “Qarabağ” və “Qəbələ”nin də uğurları üçün çalışıb. Yarımmüdafiəçi “Slaven” (Belupo), “Hayduk” (Split) və “Spartak” (Mosvka) klublarında da oynayıb.

Ozobiç Azərbaycan yığmasında 15 oyun keçirib, 1 qol vurub.

Shares: