Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda ötən gün İspaniya yığmasına qarşı keçirilən oyuna ciddi hazırlaşıb.
Futbolinfo.az xəbər verir ki, bunu millinin hücumçusu Yelizaveta Ruban Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bildirib.
Voleybolçu azarkeşlərə təşəkkür edib:
“Hər kəsə, bütün azarkeşlərə təşəkkür edirəm. Bu oyuna ciddi hazırlaşmışdıq. İspaniya ilə Avropa Liqasında da qarşılaşmışdıq və məğlub olmuşduq. Lakin səhvlər və çatışmazlıqlar üzərində çalışdıq və bu gün qələbə qazandıq. Komandamı təbrik edir və növbəti oyunlarda uğurlar arzulayıram”.
Xatırladaq ki, Milli Gimnastika Arenasında baş tutan görüşdə Azərbaycan millisi İspaniyanı 3:0 hesabı ilə məğlub edib.
