“Neftçi”nin baş məşqçisi Yuri Vernidub Azərbaycan Premyer Liqasının 2-ci turu çərçivəsində “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyundan danışıb.

Futbolinfo.az xəbər verir ki, məşqçi 5:0 hesablı qələbəni belə şərh edib:

“Biz bu il digər komandalara baxanda, təlim-məşq toplanışlarına daha tez başlamışdıq. Təsnifat mərhələsindən xeyli vaxt keçib və çempionata hazırlaşmağa vaxtımız oldu. Bu gün bu nəticənin səbəbinin “Neftçi”nin gününün olması idi, “Araz-Naxçıvan”ın günü deyildi.

Rəqib yenilənib, yeni heyəti var. Onların baş məşqçilərini yaxşı tanıyıram. Bizdə hər şey daha yaxşı alındı, yaxşı pressinq edirdik. Onlar da bunu bacarırlar, lakin biz bu gün onlara bu imkanı yaratmadıq. “Araz-Naxçıvan”a uğurlar arzu edirəm, “Neftçi” ilə oyundan başqa.

Birinci hissədə 4:0 udduqdan sonra, “Araz-Naxçıvan”ın özünü toplaması çətin oldu. Adətən kimisə fərqləndirmirəm, lakin bu gün Emil Balayev çətin vəziyyətlərdən çıxa bildi. Bu o deməkdir ki, biz daha çox işləməliyik ki, qapıçı belə vəziyyətlərdə qalmasın. Digər oyunçularıma da təşəkkür edirəm, qələbənin əldə olunmasında mühüm rol oynadılar. Onlar özlərini çox yaxşılaşdırıblar. “Dinamo” ilə oyunda çox həyəcan keçirirdim. Lakin onlar göstərdi ki, adları qızıl hərflərlə yazılmalı oyunçudurlar.

İlk iki qələbədən sonra göylərdə uçmaq yanlışdır. Çətin çempionatdır və qarşıdakı oyunlara hazırlaşmalıyıq. Çempionatda çox gözlənilməz oyunlar da ola bilir ki, zərbənin haradan gələcəyini bilmirsən.

“Qarabağ”ı və “Sabah”ı dəstəkləyirəm və istəyirəm ki, avrokuboklarda əsas mərhələyə çıxsınlar. Çünki hər iki komanda Avropada Azərbaycan futbolunu təmsil edir. Onlara çox oyun keçirib, yorulub bizim qarşımıza çıxmalarını arzu etmirəm. Kim güclüdürsə, o, qalib gəlsin”.

Shares: