Entoni Coşuanın promouteri Eddi Hirn britaniyalı boksçunun Tayson Fyuri ilə döyüşünün təşkilinin niyə gecikdiyini açıqlayıb.

Hirnin sözlərinə görə, təşkilatçılar tədbirin keçirildiyi məkana görə Coşuaya daha az qonorar ödəmək istəyirlər. Bundan əlavə, boksçudan bir sıra əlavə öhdəlikləri yerinə yetirməsi tələb olunur.

Promouter bildirib ki, Coşuanın müqaviləsinin bəzi şərtləri artıq pozulub. Lakin onlar bu məsələni böyütməyiblər, çünki qarşı tərəfi tərəfdaş və dost hesab ediblər.

“Hazırda müəyyən oyun gedir” – deyə Hirn bildirib. O, məsələni qalmaqala çevirmək istəmədiyini, baxmayaraq ki, bunu asanlıqla edə biləcəyini vurğulayıb.

Xatırladaq ki, təşkilatçılıqla bağlı öhdəlikləri Səudiyyə Ərəbistanı rəsmiləri öz üzərinə götürüb.

Shares: