Amerika Birləşmiş Ştatlarında kecirilən nüfuzlu “Sinsinnati Open” turnirinə yekun vurulub.
Kişilərin final görüşündə fransalı Artur Filslə amerikalı Frensis Tiafo üz-üzə gəlib. Saatyarım davam edən görüşdə azarkeşlər maraqlı mübarizəyə şahidlik edib. Buna baxmayaraq, yalnız ilk setdə qismən gərgin oyun qeydə alınıb. Bu hissədə Artur 6:3 hesabı ilə qalib gəlib. Fasilədən sonra Frensis 6:1 hesabı ilə tarazlığı bərpa edib. Həlledici bölümdə oyunun ssenarisi dəyişib. Bu dəfə avropalı tennisçi ABŞ təmsilçisinə geym qazanmağa imkan verməyib.
Beləliklə, Tiafoya qalib gələn Fils karyerasında 5-ci titulunu qazanıb. Bununla yanaşı 22 yaşlı idmançı Yannik Sinner və Karlos Alkarasdan sonra Sinsinnatidəki Masters yarışını qazanan 3-cü ən gənc tennisçi kimi tarixə düşüb. Fils həmçinin mövsümdə 20-ci Masters matçını qazanaraq Fransa tennisçiləri arasında yeni rekord müəyyənləşdirib.

Qadınların final yarışında isə iki amerikalı raketka ustası Kori Qauffla Cessika Pequla münasibətlərinə aydınlıq gətirib. 1 saat 15 dəqiqə davam edən bu görüşdə Qauff Pequlaya 6:2 və 6:4 hesabları ilə qalib gələrək karyerasında 12-ci tituluna yiyələnib. Kori həmçinin Sinsinnatidə iki dəfə çempion olan Serena Uilyams və Viktoriya Azarenkanın rekordlarını təkrarlayıb.
