Kiprin APOEL klubunun futbolçusu Dieqo Rosanın Azərbaycana yollanmaq ehtimalı hələ də qüvvədədir.

Futbolinfo.az yerli mətbuata istinadən xəbər verir ki, 23 yaşlı braziliyalı başqa heç bir ölkənin klubundan təklif almayıb.

“Neftçi” və “Qarabağ”ın maraq dairəsində olan yarımmüdafiəçinin adı bir müddət əvvəl Hayfa “Makkabi”si ilə birgə də hallanırdı. Lakin israillilər bu məlumatı təkzib edib. “Makkabi” rəhbərliyi Rosanın transfer planlarında olmadığını açıqlayıb. Bu isə o deməkdir ki, Rosa uğrunda yalnız “Neftçi” və “Qarabağ” mübarizə aparır. Ancaq APOEL bu transfer üçün yüksək məbləğ tələb edir.

Qeyd edək ki, dayaq yarımmüdafiəçisinin APOEL-lə müqaviləsi 2028-ci ilin yayına qədərdir. O, 2021-ci ildə “Mançester Siti”nin formasını geyinib.

Shares: