“Neftçi” daha bir legioner futbolçusu ilə yollarını ayırır.
Futbolinfo.az saytının əldə etdiyi məlumata görə, hücumçu Alessio Kurçi “ağ-qaralar”la vidalaşır. Onunla müqavilənin pozulması xəbəri tezliklə açıqlanmalıdır.
Misli Premyer Liqasında artıq iki tur geridə qalmasına baxmayaraq, Bakı klubu 24 yaşlı forvardı sifariş etməyib. Səbəb isə rəhbərliyin onu yola salmaq istəyidir. Nəhayət, tərəflər 2028-ci ilin yayına qədər olan müqavilənin qarşılıqlı razılıqla ləğvində ortaq məxrəcə gəliblər.
“Neftçi” Alessio Kurçini ötən ilin yayında Belçikanın “Franks Borains” klubundan transfer etmiş və 3 illik müqavilə imzalamışdı. Bu ilin mayında isə FIFA məhz Lüksemburq millisinin üzvünə qalmış borcun tam ödənilməməsi ucbatından “Neftçi”yə transfer qadağası qoymuşdu. Qərar növbəti 3 transfer dönəmini əhatə edirdi. Lakin bakılılar oyunçuya borcu tezliklə ödədiyindən, qadağa qərarı qısa müddət sonra ləğv edilmişdi.
