Efiopiyalı atlet Yomif Keçelça yarımarafonda yeni dünya rekordu müəyyənləşdirib. O, Buenos-Ayresdə keçirilən yarışda 21,1 kilometrlik məsafəni 56 dəqiqə 51 saniyəyə qət edib.
Keçelça bu nəticə ilə Uqanda əsilli Ceykob Kiplimonun mart ayında Lissabonda müəyyənləşdirdiyi 57 dəqiqə 20 saniyəlik dünya rekordunu 29 saniyə yaxşılaşdırıb.
Efiopiyalı atlet daha əvvəl də yarımarafonda dünya rekorduna sahib olub. Keçelça 2024-cü ilin oktyabrında Valensiyada məsafəni 57 dəqiqə 30 saniyəyə qət edərək dünya rekordunu müəyyənləşdirmişdi.
O, 2019 və 2025-ci illərdə 10 000 metr məsafəsində dünya çempionatlarının gümüş medalçısı olub. Keçelça həmçinin 3000 metr məsafəsində qapalı məkanda keçirilən dünya çempionatlarında ikiqat çempiondur (2016, 2018).
