Qadın voleybolçular arasında Avropa çempionatını ikinci turunda millimizlə yanaşı digər komandalar da meydana çıxıb.
Yarışın 3-cü günündə Türkiyə Sloveniyanı 3:1, Almaniya Latviyanı 3:1, Serbiya Çexiyanı 3:1, Yunanıstan Bolqarıstanı 3:1, Belçika Portuqaliyanı 3:0, Fransa Xorvatiyanı 3:0, İtaliya isə İsveçi 3:0 hesabı ilə məğlub edib.
Azərbaycan millisi iki oyundan sonra 6 xalla C qrupuna başçılıq edir, Belçika 5 xalla ikinci, Niderland 2 xalla üçüncüdür. A qrupunda Türkiyə 6 xalla liderdir, B qrupunda Serbiya 6 xalla birinci, D qrupunda isə 9 xalla İtaliya öndədir.
Xatırladaq ki, Azərbaycan millisi bu tur İspaniya yığması üzərində 3 setdə (25:16, 25:22, 25:15) qələbə qazanıb.
