Formula 1 üzrə ikiqat dünya çempionu Fernando Alonso Niderland Qran-Prisində 9-cu olaraq 2 xal qazanıb. Bununla da ispaniyalı pilot 45 yaşdan yuxarı Formula 1-də xal qazanan ilk pilot kimi tarixə düşüb.

Alonso 1974-cü ildən bəri bu yaşda xal qazanan ilk pilotdur. Həmin vaxt bu uğura ikiqat dünya çempionu Qrem Hill imza atmışdı. O, 1974-cü ildə İsveç Qran-Prisində 6-cı olaraq mövsümdə yeganə xalını qazanmışdı. Bu, Hillin Formula 1-də son xalı olub. Britaniyalı pilot 1975-ci ildə 46 yaşında təyyarə qəzasında həlak olub.

Xatırladaq ki, həftəsonu Niderland Qran-Prisini “Maklaren”in üzvü Lando Norris qazanıb. “Mersedes” pilotları Andrea Kimi Antonelli və Corc Rassell müvafiq olaraq fəxri kürsünün 2-ci və 3-cü pillələrində qərarlaşıb.

Shares: