Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Şurası Rusiya şahmatçılarının Dünya Şahmat Olimpiadasında iştirakına icazə verməyib. Bu barədə Rusiya Şahmat Federasiyasının icraçı direktoru Aleksandr Tkaçov məlumat verib.
Onun sözlərinə görə, qərar FIDE prezidentinin səlahiyyətlərini müvəqqəti icra edən Vişvanatan Anandanın təşəbbüsü ilə qəbul edilib. FIDE iyunun 10-dan Rusiya Şahmat Federasiyasının üzvlüyünü İdman Arbitraj Məhkəməsinin (CAS) qərarının tələblərinin yerinə yetirilməməsi səbəbindən müvəqqəti dayandırıb.
Tkaçov bildirib ki, FIDE Şurasında Rusiya komandalarının turnirdə iştirakını dəstəkləyən şəxslər olsa da, onların əleyhinə olan mövqe üstünlük qazanıb. Beləliklə, Rusiya kişi və qadın yığmaları Dünya Şahmat Olimpiadasında çıxış etməyəcək. 46-cı Dünya Şahmat Olimpiadası 15-27 sentyabr tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək.
