Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində keçiriləcək “Qarabağ” – “Tvente” (Niderland) qarşılaşmasından öncə təşkil ediləcək mətbuat konfransları və media nümayəndələri üçün açıq məşqlərin vaxtları bəlli olub.

Futbolinfo.az xəbər verir ki, baş məşqçi Qurban Qurbanovun iştirakı ilə keçiriləcək mətbuat konfransı avqustun 26-da, saat 13:30-da Suraxanıdakı məşq bazasında baş tutacaq. Saat 19:15-də isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) keçiriləcək.

Qonaq komandanın baş məşqçisi Con van den Bromun iştirakı ilə keçiriləcək mətbuat konfransı saat 17:15-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq. “Tvente”nin media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqə) isə saat 18:00-da eyni stadionda keçiriləcək.

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Tvente” qarşılaşması saat 20:00-da start götürəcək.

Shares: