Rusiya Milli Futbol Liqasında 8-ci turun oyunları keçirilir.
Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” komandası səfərdə KAMAZ-ın qonağı olub.
Qarşılaşma qonaqların 3:2 hesablı əzmkar qələbəsi ilə yekunlaşıb.
Şeydayev matçın ehtiyat oyunçular siyahısında yer alıb və 67-ci dəqiqədə meydana daxil olub.
Bu nəticədən sonra “Soçi” 16 xalla turnir cədvəlinin 3-cü pilləsində yer alıb.
