Azərbaycan millisinin hücumçusu Nəriman Axundzadənin formasını geyindiyi “Erzurumspor” daha bir oyunçunu heyətinə qatıb.
Futbolinfo.az xəbər verir ki, Türkiyə klubu Fransa “Oser”inin yarımmüdafiəçisi Elişa Ovusunu transfer edib.
Superliqa təmsilçisi qanalı orta sahə oyunçusu ilə gücləndiyini açıqlayıb. 28 yaşlı futbolçu “mavi-ağlar”la 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Nəriman Axundzadə bu yay ABŞ-nin “Kolambus Kryu” klubundan “Erzurumspor”a icarəyə verilib.
