Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Sabah” (Azərbaycan) – “Hapoel” (İsrail, Beer-Şeva) matçına maraq böyükdür.

“Sabah” klubunun yaydığı məlumata əsasən, qarşılaşmaya 27 ölkədən azarkeş bilet alıb. Bunlar Azərbaycan, Türkiyə, Böyük Britaniya, Almaniya, ABŞ, İsrail, Gürcüstan, İspaniya, Avstriya, Niderland, Qazaxıstan, BƏƏ, Özbəkistan, İtaliya, Polşa, Çexiya, Qətər, Serbiya, Honq Konq, Misir, Fransa, Mərakeş, Rumıniya, İsveç, Latviya, Rusiya və Sinqapurdur.

Dünən axşama olan məlumata əsasən, qarşılaşmaya ümumilikdə 20 minə yaxın bilet satılmışdı. Oyuna qədər bu sayın artacağı gözlənilir.

“Sabah” – “Hapoel” görüşü bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də başlayacaq.

Qeyd edək ki, komandalar arasında ilk matç İsrail təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Shares: