Milli Basketbol Assosiasiyasında mübarizə aparan “Minnesota Timbervulvz”un ulduz oyunqurucusu LaMelo Boll rəsmi olaraq özünə şəxsi sürücü tutub. Bu barədə onun qardaşı Lonzo Ball yutub kanalına şou proqramlardan birinə açıqlamasında bildirib.
Belə qərarın 2026-cı ilin fevralında baş verən ciddi yol qəzasından sonra məcburi xarakter daşıdığı qeyd olunur. Həmin vaxt Bollın kamuflyajlı “Hummer EV” markalı avtomobili Şarlottanın mərkəzində yolayrıcında minik avtomobili ilə toqquşub. Qəza nəticəsində öz avtomobilinin ön sol təkəri qopub, digər avtomobilin sərnişini isə yüngül xəsarət alıb. Basketbolçu özü xəsarət almayıb və cinayət təqibinə məruz qalmayıb, lakin daha sonra qəza yerindən “Lamborghini” ilə uzaqlaşdığı görüntülənib.
Bundan əvvəl, 2024-cü ildə 12 yaşlı azarkeşin ailəsi basketbolçuya qarşı 3,75 milyon dollar məbləğində iddia qaldırmışdı. İddiaçıların sözlərinə görə, Boll avtoqraf sessiyası zamanı uşağın ayağının üstündən avtomobillə keçib. Tərəflər məhkəmə prosesinə qədər razılığa gəliblər.
Qeyd edək ki, “Şarlott Hornets” cari MBA mövsümlərarası fasiləsində uzun müddət komandanın lideri olan LaMelo Bollu dörd komandanın iştirak etdiyi böyük mübadilə çərçivəsində “Minnesota Timbervulvz”a göndərib.
