İspaniyada keçirilən “Vuelta” çoxgünlük velosiped yarışının üçüncü mərhələsi əlverişsiz hava şəraiti səbəbindən başa çatdırılmayıb.
Finişə yaxınlaşan zaman hava qəfil pisləşib, güclü yağış, dolu və ildırım müşahidə olunub. Velosipedçilər yarışı dayandıraraq sığınacaqda gizlənməli olublar. Təşkilatçılar mərhələni dayandırmaq qərarına gəlib, yarışın nəticələri ləğv edilib və ümumi sıralamada dəyişiklik baş verməyib.
Xatırladaq ki, hazırda çempionata məşhur sloveniyalı velosipedçi Tadey Poqaçar başçılıq edir. O, turnirin ilk yarışında qalib gəlib.
