Qadınlar arasında voleybol üzrə Avropa çempionatının 3-cü turunda Azərbaycan millisinin Rumıniya üzərində 3:2 hesablı qələbəsi ilə yanaşı, digər qruplarda da maraqlı nəticələr qeydə alınıb.
A qrupunda Polşa Latviyanı 3:1, Türkiyə isə Macarıstanı 3:0 hesabı ilə məğlub edib. Türkiyə 3 oyundan 3 qələbə ilə 9 xalla qrupun lideridir. Polşa 6 xalla ikinci, Sloveniya və Almaniya 3 xalla müvafiq olaraq üçüncü və dördüncü pillələrdə qərarlaşıb. Macarıstan və Latviya isə xalsızdır.
B qrupunda Ukrayna Avstriyanı 3:0, Serbiya isə Bolqarıstanı eyni hesabla üstələyib. Serbiya 9 xalla qrupun vahid lideridir. Çexiya 6 xalla ikinci, Yunanıstan 5 xalla üçüncü, Ukrayna 4 xalla dördüncü, Bolqarıstan 3 xalla beşinci, Avstriya isə xalsız sonuncudur.
Bakıda keçirilən C qrupunun digər oyununda Niderland Portuqaliyanı 3:0 hesabı ilə məğlub edib. Yığmamız 3 oyundan 3 qələbə ilə 8 xal toplayaraq qrupun lideridir. Niderland və Belçika 5 xalla ikinci və üçüncü yerləri bölüşür. Rumıniyanın 3, İspaniyanın 1 xalı var, Portuqaliya isə xalsızdır.
D qrupunda Xorvatiya Slovakiyanı 3:2, Fransa isə Monteneqronu 3:0 hesabı ilə məğlub edib. İtaliya və Fransa 9 xalla qrupun liderləridir. İsveç 5 xalla üçüncü, Xorvatiya 2 xalla dördüncü, Slovakiya 2 xalla beşinci, Monteneqro isə xalsız sonuncu pillədədir.
