Azərbaycanda keçiriləcək U-15-lər arasında dünya çempionatının daha bir iştirakçısı müəyyənləşmək üzrədir.
Futbolinfo.az Braziliya mətbuatına istinadən xəbər verir ki, bu ölkənin komandasının da ölkəmizə gəlişi gözlənilir.
Düzdür, cənubi amerikalılar iştiraklarını hələ rəsmən təsdiqləməyiblər. Lakin artıq seçimlərə başlanılıb. “Sambaçılar” hətta sentyabrda Uruqvayda keçiriləcək Təkamül Liqası turnirində iştirak etməyi planlaşdırırlar. Yalnız ondan sonra Bakıya gələcək heyət bəlli olacaq.
Qeyd edək ki, U-15-lərin dünya çempionatı 23-31 oktyabrda keçiriləcək.
