Azərbaycanın teniyetmə badmintonçuları Gürcüstanın Batumi şəhərində keçirilən “Batumi Cup Youth International 2026” beynəlxalq turnirində 3 yaş kateqroyiasında mükafatçılar sırasında yer alıblar.

Futbolinfo.az xəbər verir ki, Azərbaycan, Türkiyə, İsrail, Qazaxıstan, Gürcüstan və Ermənistanı təmsil edən badmintonçuların iştirak etdiyi beynəlxalq turnirdə ümumi qazanc 17 medal (5 qızıl, 4 gümüş, 8 bürünc) olub.

Murad Qarayev – Aidə Qurbanova (U-11 qarışıq qoşa), Murad Qarayev – Doğan Ayan (Türkiyə) U-11 qoşa oğlanlar, İsmayıl Qarayev – Zülfüqar Kərimli (U-13 oğlanlar qoşa), Ömər Mehdi (U-15 oğlanlar fərdi) və Yusif Kamalov – Ömər Mehdi (U-15 oğlanlar qoşa) qızıl medal qazanıblar.

Murad Qarayev (U-11) və Yusif Kamalov (U-15) oğlanların, Banu İbrahimli (U-15) isə qızların fərdi yarışında gümüş medala layiq görülüb. U-15 qarışıq qoşa kateqoriyasında Ömər Mehdi – Ayla Zeynalova tandemi də gümüş medalçılar sırasında yer alıb. Aidə Qurbanova – Melis Demir (Türkiyə) U-11 qoşa qızlar, İsmayıl Qarayev, Zülfüqar Kərimli (U-13 oğlanlar fərdi), Dəniz Əhmədli, Lalə İsmayılova (U-13 qızlar şəxsi), Zülfüqar Kərimli – Dəniz Əhmədli, İsmayıl Qarayev – Lalə İsmayılova, (U-13 qarışıq qoşa) və Dəniz Əhmədli – Lalə İsmayılova (U-13 qoşa qızlar) yarışın bürünc medallarına sahib çıxıblar.

Shares: