MBA-da çıxış edən “Hyuston Rokets” klubunun ulduz basketbolçusu Kevin Dürant və onun biznes tərəfdaşı Riç Kleyman süni intellekt şirkəti “Hugging Face”ə ilkin mərhələdə 250 min dollar sərmayə yatırıb.
İnvestisiya 2018-ci ildə “Seed” mərhələsində 100 min, 2019-cu ildə isə “Series A” mərhələsində 150 min dollar təşkil edib. “Nvidia” şirkətinin “Hugging Face”i 12,9 milyard dollara alması ilə onların sərmayəsinin dəyəri təxminən 60 milyon dollara yüksəlib. Beləliklə, Dürantın ilkin 250 min dollarlıq yatırımı təxminən 240 dəfə artıb və bu məbləğ onun 2026/27 mövsümündə MBA-dan qazanacağı 43,9 milyon dollarlıq maaşı da üstələyib.
2016-cı ildə çat-bot layihəsi kimi yaradılan “Hugging Face” sonradan süni intellekt modelləri üçün dünyanın ən böyük açıq platformasına çevrilib və hazırda burada 3 milyondan çox ictimai model və 1 milyondan artıq məlumat dəsti yerləşdirilib, ekosistemindən isə dünya üzrə 13 milyon tərtibatçı istifadə edir.
