Azərbaycanın çimərlik güləşçiləri Bakıda keçirilən Dünya Seriyasının 4-cü mərhələsində yeddi medal qazanıblar.
Futbolinfo.az xəbər verir ki, “Sea Breeze” istirahət mərkəzində təşkil olunan yarışda Vüsal Əliyev (80 kq), Əşrəf Aşırov (90 kq) və Camal Feyziyev (+90 kq) qızıl medala sahib çıxıblar.
Sahib Dadaşov (80 kq) və Nərgiz Səmədova (60 kq) gümüş medala layiq görülüblər. Cavid Niftəlizadə (80 kq) və Ramiz Həsənov (90 kq) isə turniri bürünc medalla başa vurublar.
Kişilərdən ibarət Azərbaycan millisi 84 xalla komanda hesabında birinci olub. Gürcüstan 62 xalla ikinci, Ukrayna isə 45 xalla üçüncü yeri tutub. Qadınların komanda hesabında isə Azərbaycan 40 xalla ikinci olub. Ukrayna 100 xalla birinci, İspaniya 24 xalla üçüncü pillədə qərarlaşıb.
Kişilər
70 kq
- Oleksey Boruta (Ukrayna)
- Konstantin Topşinoyev (Rusiya)
- Levan Kelexsaşvili (Gürcüstan)
80 kq
- Vüsal Əliyev (Azərbaycan)
- Sahib Dadaşov (Azərbaycan)
- Cavid Niftəlizadə (Azərbaycan)
90 kq
- Əşrəf Aşırov (Azərbaycan)
- Evsem Şvelidze (Gürcüstan)
- Ramiz Həsənov (Azərbaycan)
+90 kq
- Camal Feyziyev (Azərbaycan)
- Vaja Dayauri (Ukrayna)
- Mamuka Kordzaya (Gürcüstan)
Qadınlar
50 kq
- Viktoriya Slobodenyuk (Ukrayna)
- Ana Mariya Rotaru (Rumıniya)
- Diana Risova (Ukrayna)
60 kq
- Oksana Moskalova (Ukrayna)
- Nərgiz Səmədova (Azərbaycan)
- Lidiya Torino (İspaniya)
70 kq
- Olena Nikitinska (Ukrayna)
- Qalina Olekseyvska (Ukrayna)
- İrina Rinqaçi (Moldova)
+70 kq
- Darya Konstantinova (Ukrayna)
- Eliana Bommarito (ABŞ)
- Mariya Zenkina (Ukrayna)
İlk dəfə ölkəmizdə keçirilən bu yarışda 14 ölkədən 55 güləşçi mübarizə aparıb. Dünya Seriyasının final mərhələsi 26-27 sentyabrda Yunanıstanın Katerini şəhərində keçiriləcək. Həmin yarışda bütün mərhələlər üzrə toplanan xallara əsasən dünya çempionları müəyyənləşəcək.
