Bu gün Misli Premyer Liqasında 3-cü tura start veriləcək.

Futbolinfo.az xəbər verir ki, ilk gündə 2 oyun baş tutacaq.

Turun ilk oyunu “Qəbələ” ilə “Şamaxı” arasında keçiriləcək. Qəbələdə baş tutacaq qarşılaşmanın baş hakimi Nicat İsmayıllı olacaq.

Digər oyun “Şəfa” ilə “İmişli” arasında olacaq. Sumqayıtdakı görüşü isə Tural Qurbanov idarə edəcək.

“Kəpəz” – “Turan Tovuz” və “Zirə” – “Neftçi” oyunları sabah, “Araz-Naxçıvan” – “Sabah” və “Sumqayıt” – “Qarabağ” matçları 31 avqustda keçiriləcək.

Misli Premyer Liqası
3-cü tur

29 avqust

“Qəbələ” – “Şamaxı”
Hakimlər: Nicat İsmayıllı, Rəhman İmami, Şirmamed Mamedov, Ruslan Quliyev.
VAR: Elvin Bayramov.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: İlham Əliyev.
Qəbələ şəhər stadionu, 18:00.

“Şəfa” – “İmişli”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Cəmil Quliyev, İslam Məmmədov
VAR: Cavid Cəlilov.
AVAR: Kərim Zeynalov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“SOCAR Polymer Arena”, 20:15.

Shares: