“İmişli” daha bir futbolçu transferini açıqlayıb.

Futbolinfo.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.

“Deku” ləqəbi ilə tanınan Fransişku Moraiş ilə anlaşma əldə olunub. Oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.

Anqolalı yarımmüdafiəçi son olaraq Portuqaliyada “Alverka” komandasının formasını geyinib.

Shares: