Formula 1 Türkiyə Qran-prisi 2027-ci ildən etibarən yenidən İstanbulda keçiriləcək.

Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, İstanbul Park beşillik müqavilə əsasında 2031-ci ilin sonuna qədər Formula 1 yarışlarına ev sahibliyi edəcək. Türkiyə Qran-prisinin 2027-2031-ci illərdə FIA Formula 1 Dünya Çempionatının təqviminə daxil ediləcəyi bildirilib.

Türkiyə daha əvvəl 2005-2011 və 2020-2021-ci illərdə Formula 1 yarışlarını qəbul edib. Yenidən İstanbulda keçiriləcək Qran-prinin ölkənin beynəlxalq idman tədbirlərində mövqeyini gücləndirməsi və İstanbulun qlobal miqyasda tanıdılmasına töhfə verməsi gözlənilir.

Shares: