İsrailin “Makkabi” (Təl-Əviv) basketbol klubu daha bir mövsüm Avroliqada oyunlarını ölkə xaricində keçirəcək.

“Basketball Sphere” nəşrinin yaydığı məlumata görə, komanda 2026/27 mövsümündə də Serbiyanın Belqrad şəhərində məskunlaşacaq.

Qərarın klub rəhbərliyinin istəyinin əksinə qəbul edildiyi bildirilir. “Makkabi” 2025/26 mövsümündə Avroliqanın pley-off mərhələsinə yüksələ bilməyib və 18 qələbə, 20 məğlubiyyətlə 12-ci pillədə qərarlaşıb.

Daha əvvəl “Makkabi” və “Hapoel” klublarının sahiblərinin Avroliqa oyunlarının İsrailə qaytarılması üçün birgə səylər göstərdiyi məlum olmuşdu.

Shares: