İdman dırmanması üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Fransanın Laval şəhərində keçiriləcək Avropa çempionatında (sürət və çətinlik növləri) iştirak edəcəklər.

Bu barədə Futbolinfo.az-a Azərbaycan Alpinizm Federasiyasından məlumat verilib.

Avqustun 28–30-da keçiriləcək yarışda ölkəni Çingiz Tağızadə, Leyla Əhmədova və Sima Səfərova təmsil edəcəklər. İdmançılar sürət (Speed) və çətinlik (Lead) dırmanması növlərində qüvvələrini sınayacaqlar.

Azərbaycan komandasına yarışda Aysel Sultanova rəhbərlik edəcək.

Shares: