Bizi izləyin

Ölkə futbolu

"Kamran Ağayevlə bağlı danışmağın mənası yoxdu"

“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun futbolin…

blank
“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibəsi.
– “Qəbələ”nin təlim-məşq toplanışından nə dərəcədə razı qaldınız?
– Fikrimcə, komandanın hazır olub-olmadığı çempionatın gedişində bilinəcək. Ümumlikdə yeni transferlərimiz son iki oyunda özlərini yaxşı tərəfdən göstərə bildirlər. Məşqçinin, futbolçuların özünə inansaq, hər şey qaydasındadı. 
– Düşünmürsüz ki, baş məşqçi bu dəfə də sizi yanılda bilər?
– Bu, futboldu. O biri məşqçiyə ümid etdiyimiz kimi, buna da ümid edirəm. Ən azından seçimi doğru etdiyimizə inanıram. Bunu da gələcək göstərəcək. 
– Maraqlıdı ki, yeni transferlərinizin əksəriyyəti ilə 6 aylıq müavilə imzalamısınız. Bu onların yaşının çox olması ilə əlaqədardı, yoxsa həmin futbolçuları tanımadığınıza görə tərəddüd edirsiniz?
– Bunlar hazırda baş verən hadisələrlə bağlıdı. Bilirsiniz ki, qışda yaxşı futbolçu tapmaq olmur. Buna görə də məcbur olduq ki, baş məşqçinin yaxşı bələd olduğu futbolçuları heyətə cəlb edək. Kifayət qədər də təcrübəli futbolçulardı. Aleksey Qayın 32, Dmitri Bezotosnın da 31 yaşı var. Qapıçı üçün 31 yaş çox hesab olunmur. Aleksey Qayın isə bizə kömək edəcəyini düşünürəm.

 
– Təlim-məşq toplanışında Kamran Ağayevi bir qədər arxa planda gördük. Bu nədən irəli gəlirdi?
– Məlum məsələdi ki, Kamran çempionatda 3 oyunu buraxacaq. Qarşıdakı oyunlarda çıxış edə biləcək qapıçılara şans vermək daha doğru addım idi. Onun arxa planda olduğunu deməzdim. Amma müəyyən yoxlama oyunlarda sözsüz ki, çempionatda oynayacaq qapıçıların meydanda olması labüd idi. 
– Anar Nəzirov yerli qapıçı olsa da, onu əsas heyətə görə bilmirik. Demək olarmı ki, Kamran Ağayevin cəzalanması onun şansını artırmışdı, ancaq Bezotosnının transferi Nəzirovun qarşısını kəsdi?
– Sözsüz ki, bütün bu məsələlər məşqçilərin fikrinə əsasən həllini tapacaq. Mənim üçün əsas klubun marağıdı. “Qəbələ”də hər kəs klubun marağını güdür. Kiminsə şans qazanıb-qazanmaması elə də əhəmiyyət daşımır. Bizim üçün vacib olan odu ki, həmin mövqeydə problem yaşanmasın. Buna görə də ukraynalı qapıçı ilə 6 aylıq müqavilə imzaladıq ki, klub nailiyyət əldə etsin. Kim hazırdısa, o da qapıda dayanacaq. 
– Əldə etdiyimiz məlumata görə, Kamran Ağayev “Qəbələ”dən ayrılmaq üzrədi. Bu ayrlıq nə dərəcədə realdı?
– Mənə Ağayevlə bağlı özündən və ya klublardan rəsmi, qeyri-rəsmi təklif gəlməyib. Buna görə də həmin söhbət barədə danışmağın mənası yoxdu. 
– İş burasındadı ki, Türkiyə PTT 1-ci Liqa təmsilçisi olan “Adana Dəmirspor”un baş məşqçisi Samet Aybaba yerli mətbuata açıqlamasında Kamranla danışıqlar apardıqlarını bildirib…
– Klubun rəhbər işçilərindən biri mənəm, məndə də belə bir məlumat yoxdu. Ola bilər ki, hansısa menecerlər səviyyəsində danışıqlar aparır. 
– Rəsmi təklif olacağı halda onun komandadan getməsi mümkündürmü?
– Hələ ki, təklif yoxdu. Buna görə danışmaq düzgün deyil. Onun yaya qədər bizimlə müqaviləsi var. Kamran “Qəbələ” üçün lazımlı futbolçudu. Onun qalıb-qalmaması müzakirə olsa, bu barədə məşqçi qərar verəcək.
– “Xəzər Lənkəran”  maddi problemlərə görə cari çempionatda gənc və təcrübəsiz futbolçulara güvənəcək. Bu da iddialı klublardan birinin kənara çəkilməsi deməkdi. Belə bir durumda “Qəbələ” üçüncü dövrədə öz iddiasını ortaya qoya biləcəkmi? 
–  Əvvəl hansı iddiada idiksə, onda da qalırıq. Məşqçi dəyişikliyindən sonra nəticə əldə etməyə çalışacağıq. Nə olacağı heç kimə bəlli deyil. Digər komandaların vəziyyətindən asılı olmayaraq iddiamız olduğu kimi qalır – ilk 3 pillədə qərarlaşmaq,  kubokda maksimum nəticəyə çatmaq. Məşqçi dəyişikliyini nəzərə almasaq 8-10 xallıq fərq var. Bunu da bərpa etmək üçün  qarşıda hələ 16 oyun var. Bunun da öhdəsindən gələcəyimizə inanıram.
– Roman Qriqorçuk “Bakı” ilə oyunda rəsmən debüt edəcək. Sizcə, paytaxt klubun maddi problemlərinin, heyətinin zəif olması Qriqorçukun debütünün uğurlu alınmasını asanlaşdırmır?
– Biz sadəcə, ümid edirik. Uğurlu olub-olmayacağını indidən deyə bilmərik. Komandanın oyunlarına baxmışam. Oyun stilində də dəyişikliklər var. Məşqçi də özü ilə komandaya yeni nələrisə qata bilib. “Bakı” ilə oyunda sübut olunmalıdı ki, artıq yeni baş məşqçi gəlib və müsbətə doğru yeni işlər görə bilib. Rəqibdə maddi problemlərin olması bəzən oyunlarda hiss olunmur. Futbolda hər şey olur. İndidən proqnoz vermək çətindi. Ümid edirəm ki, hər şey komandamız üçün yaxşı olacaq.
EMİN SƏFƏROV
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-19 02:09

“Alaves”ə bir qol bəs etdi

blank
Dünya futbolu2024-05-19 01:52

“Milan” səfərdə uduzdu

blank
Dünya futbolu2024-05-19 01:33

Bundesliqada mövsümə yekun vuruldu

blank
Dünya futbolu2024-05-19 00:44

Renatlı “Hatayspor”dan “Beşiktaş”la məhsuldar heç-heçə

blank
Digər idman növləri2024-05-18 23:51

“NTD-İndiqo” üçüncü yeri tutdu

blank
Əvəzedicilər2024-05-18 23:25

“Qarabağ”ın əvəzediciləri darmadağına üzüldü

blank
Digər idman növləri2024-05-18 23:00

Azərbaycan yığması məğlub oldu

blank
Digər idman növləri2024-05-18 22:55

Azərbaycan gimnastları Neftçalada nümunəvi çıxışlar ediblər

blank
Digər idman növləri2024-05-18 22:44

Azərbaycan boksçuları beynəlxalq turniri 5 medalla başa vurdular

blank
Ölkə futbolu2024-05-18 22:28

Yüksək Qızlar Liqasında mövsümə yekun vuruldu

blank
Premyer-liqa2024-05-18 21:50

“Bir nəfərin üstünə düşmək düzgün olmaz” – Samir Abasov

blank
Premyer-liqa2024-05-18 21:24

“Hər şey özümüzdən asılıdır” – Renduliç

blank
Premyer-liqa2024-05-18 21:11

“Layiqli qələbə qazandıq” – Bojoviç

blank
Premyer-liqa2024-05-18 21:06

“Mövsüm bizim üçün bitib” – Şahin Diniyev

blank
Premyer-liqa2024-05-18 20:57

“Sabah”dan inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:29

“Neftçi”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2024-05-18 20:14

“Kəpəz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:55

Adil Şükürov: “Kişi kimi əllərini sıxıb təbrik etdim” – VİDEO

blank
Premyer-liqa2024-05-18 19:30

Rəşad Sadıqov: “Əcnəbilərin gəlişi bizim hakimlərin də xeyrinə olacaq” – VİDEO

blank
Premyer-liqa2024-05-18 18:58

“Neftçi”, “Zirə” və “Sabah”dan vacib qələbə

blank
Digər idman növləri2024-05-18 18:15

Azərbaycanın yunan-Roma güləşi millisi AÇ-də birinci oldu

blank
Digər idman növləri2024-05-18 18:00

Azərbaycan cüdoçularının DÇ-də rəqibləri müəyyənləşdi

blank
Dünya futbolu2024-05-18 17:40

“Sevilya” baş məşqçisi ilə yolları ayıracaq – RƏSMİ

blank
Dünya futbolu2024-05-18 17:22

“Mançester Siti”nin yarımmüdafiəçisi Premyer Liqanın ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-18 17:01

İspaniyada mövsümün ən yaxşı gənc futbolçusu adına namizədlər açıqlandı

blank
Digər idman növləri2024-05-18 16:44

“Üçüncü dəfə dünya çempionu olduğum üçün qürur duyuram”

blank
Digər idman növləri2024-05-18 16:23

Peşəkar Çövkən Liqasında 10 komanda mübarizə aparacaq

blank
Digər idman növləri2024-05-18 16:00

Millimizdən Özbəkistanda 3-cü qələbə

blank
Digər idman növləri2024-05-18 15:29

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək

blank
Digər idman növləri2024-05-18 15:00

Azərbaycan paraatleti üçüncü dəfə dünya çempionu oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm