Dünya futbolu
Arda Turandan "ayaqqabı" qalmaqalı – VİDEO
Dünən İspanya Kral Kubokunda 4/1 finalın cavab oyununda &ldquo…
Dünən İspanya Kral Kubokunda 4/1 finalın cavab oyununda “Atletiko” öz meydanında “Barselona”nı qəbul edib. Futbolinfo.az xəbər verir ki, qonaqların 3:2 hesabı ilə qalib gəldiyi oyunda madridlilərin türkiyəli futbolçusu Arda Turan qalmaqala səbəb olub.
Belə ki, oyunun 47-ci dəqiqəsində rəqib futbolçu ilə mübarizədə cərimə zərbəsi gözləyən 27 yaşlı yarımmüdafiəçi hakimin oyunu davam etdirməsinə sərt reaksiya veib. Həmin epizodda butsisi ayağından çıxan futbolçu onu yan hakim tərəfə tullayıb. Buna görə də o, matçın baş hakimi Xesus Jil Mansano tərəfindən sarı vərəqə ilə cəzalandırılıb.
Qeyd edək ki, bu komandaların ilk oyununda kataloniyalılar 1:0 hesabı ilə qalib gəlmişdi.
- Ölkə futbolu2024-04-13 08:35
Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”
- Premyer-liqa2024-04-13 20:52
“Neftçi” “Araz-Naxçıvan”ı darmadağınla yola saldı
- Milli komanda2024-04-12 18:00
Millinin Gürcüstanla oyunlar üçün heyəti açıqlandı
- Premyer-liqa2024-04-12 20:56
“Sumqayıt”la “Zirə”dən heç-heçə