Dünya futbolu
21 milyon avroluq transfer rəsmiləşmək üzrədir
“Sevilya”nın qapıçısı Yasin Bununun “Əl Hilal”a gedişi rəsmiləşçək üzrədir. Səudiyyə Ərəbistanl klubu ispanlarla ortaq məxrəcə gəlib.
Futbolinfo.az xəbər verir ki, Əndəlüs təmsilçisi bu keçiddən 21 milyon avro qazanacaq. Hazırda oyunçunun maaşı və müqaviləsinin müddəti dəqiqləşdirilir. Bütün suallara son qoyulduqdan sonra qolkiper tibbi müayinədən keçəcək və rəsmi açıqlama veriləcək.
Transferin İspaniya çempionatının növbəti turunadək yekunlaşacağını nəzərə alsaq, Bununun “Sevilya”da son oyunu dünənə təsadüf edib. İspaniya klubu UEFA Superkubokunun finalında “Mançester Siti”yə penaltilər seriyasında uduzub, mərakeşli isə 90 dəqiqə meydanda olub.