Premyer-liqa
Paytaxt klubunda daha bir legioner
"Roma" qış transfer pəncərəsinin bağlanmasına bir ne&…
"Roma" qış transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış heyətinə daha bir futbolçu cəlb edib. Futbolinfo.az klubun saytına istinadən xəbər verir ki, "canavarlar" "Kalyari"nin hücumçusu Viktor İbarbo ilə anlaşıblar.
O, mövsümün sonuna kimi paytaxt klubunun formasını geyəcək. İcarə müqaviləsinə əsasən, "Roma" qarşı tərəfə 2.5 milyon avro ödəyəcək. İtalyanlar mövsümün sonunda kolumbiyalı legionerlə 12.5 milyon avro qarşılığında transfer də edə biləcək.
Qeyd edək ki, 21 turdan sonra "Roma" turnir cədvəlində 2-ci pilləsində qərarlaşıb.