Dünya futbolu
Blatter: “Bu idman tarixi üçün çox böyük səhvdi”
FİFA prezidenti Yozef Blatter düşünür ki, Dünya …
FİFA prezidenti Yozef Blatter düşünür ki, Dünya çempionatı Avstraliyada keçirilə bilər. Futbolinfo.az xəbər verir ki, prezidentin sözlərində bildirib ki, avstraliyalılar bu çempionatı istəsələr, möhtəşəm keçirə bilərlər:
“Avstraliya yeganə qitədi ki, orada heç vaxt Dünya çempionatı keçirilməyib. Bu idman tarixi üçün çox böyük səhvdi. Biz əminliklə deyə bilərik ki, Avstraliya bu Dünya çempionatına layiqdi”.
Qeyd edək ki, Avstraliya yanvarın 31-də Asiya Çempionatının qalibi olub.