Premyer-liqa
“Qəbələ” əskik çalışdı
Topaz Premyer Liqasının 20-ci turunda evdə AZAL-la qarşılaşacaq …
Topaz Premyer Liqasının 20-ci turunda evdə AZAL-la qarşılaşacaq “Qəbələ” hazırlıqlara başlayıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar” bu gün bir məşqlə kifayətlənib.
Qəbələdə baş tutan hazırlıq günün ikinci yarısına təsadüf edib. Roman Qriqorçukun yetirmələri əsasən toplu çalışmalara üstünlük verib.
Məşqdə yalnız zədəli Pavol Farkaş iştirak etməyib. “Bakı” ilə 19-cu turun qarşılaşmasında başından zədələndiyi üçün əvəzlənən ukraynalı hücumçu Ruslan Fomin isə komanda ilə birlikdə çalışmalarda iştirak edib.

Qeyd edək ki, “Qəbələ” – AZAL oyunu fevralın 6-da keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq matç saat 14:00-da start götürəcək.
(Klub saytı)
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Ölkə futbolu2024-04-21 08:00
Andersonun dediyi kimi…