Premyer-liqa
Kardoso: "Bu, çox pisdi"
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunları keçi…
Bu gün Topaz Premyer Liqasında 20-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, "Neftçi" doğma arenada "Simurq"la qolsuz bərabərə qalıb.
Oyundan sonra açıqlama verən ev sahibi komandanın braziliyalı müdafiəçisi Karlos Kardoso heç-heçəni belə şərh edib:
"Yaxşı oynadıq, amma şansımız olmadı. Artıq titul bizdən uzaqlaşır. Bu, çox pisdi. Növbəti görüşlərdə bu cür oynasaq, növbəti matçlarda qələbə qazanmaq şansımız var. Növbəti matçımız "Xəzər Lənkəran"a qarşı olacaq. Qələbə qazanmalıyıq. Başqa nəticə bizə sərf etmir. Lənkəran klubunda vəziyyət o qədər də yaxşı deyil. Heyəti zəifləyib, əsas oyunçulardan bir neçəsi klubdan gedib. Onlara hörmət edirik. Bu oyunda qələbə qazanacağıq".