Dünya futbolu
Novruz "El Klassiko"su
İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək…
İspaniya La Liqasının ikinci dövrəsində keçiriləcək “El Klassiko”nun tarixi açıqlanıb. Futbolinfo.az xəbər verir ki, 28-ci turda baş tutacaq “Barselona” – “Real” görüşü Novruz bayramına, yəni martın 22-ə təsadüf edəcək.
“Nou Kamp” arenasında baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Qeyd edək ki, geridə qalan 21 turdan sonra “Real” turnir cədvəlinə başçılıq edir. Onun ən yaxın izləyicisi olan “Barselona” isə liderdən 4 xal geri qalır. Əgər katalonlar bu axşam “Atletik” səfərindən qalib ayrılsa, aradakı fərq minimuma enəcək.