Dünya futbolu
Kasilyas: “Atletiko” bütün göstəricilərdə bizdən üstün idi”
İspaniya La Liqasının 22-ci turu çərçivəsindəki “Atletiko” il…
İspaniya La Liqasının 22-ci turu çərçivəsindəki “Atletiko” ilə oyundan sonra “Real”ın qapıçısı İker Kasilyas fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, təcrübəli kapitan səfərdəki 0:4 hesablı məğlubiyyəti belə şərh edib:
“Bu oyunu təhlil etmək mənasızdı. “Atletiko” bütün göstəricilərdə bizdən üstün idi. Rəqib daha yaxşı idi. Onlar mükəmməl oynadılar. Bu səbəbdən “Atletiko”nu təbrik etmək lazımdı. Gələcəkdə belə halların təkrarlanmaması üçün olanlardan nəticə çıxarmalıyıq. Birinci qoldakı səhvim? Kənardan mühakimə edirsiniz, ancaq şəklin tamamını görmürsünüz. Sizi inandıra bilərəm ki, orda mənim səhvim yox idi. Amma yenə də siz səhvim olduğunu düşünürsünüzsə, bu artıq öz işinizdi”.