Ölkə futbolu
Ağayev debüt edə bilmədi
Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçiril…
Türkiyə PTT 1-ci Liqasında 19-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Kamran Ağayevin yenicə müqavilə bağladığı "Kayserispor" da növbəti matçına çıxıb.
Kayseri təmsilçisi səfərdə yığmamızın digər üzvü Ufuk Budakın şərəfini qoruduğu “Qaziantep BB” ilə qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Kamranın adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb və o , debüt edə bilməyib. Budaq isə 90 dəqiqə oynayıb.
Qeyd edək ki, hazırda "Kayserispor" 40 xalla 1-ci, Qaziantep klubu isə, 20 xalla 14-cü yerdə qərarlaşıb.