Premyer-liqa
Qriqorçuk: "Ardıcıl iki oyunda məğlubiyyət normaldı"
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 21-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, "Simurq" doğma arenada "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib.
Zaqataladakı oyundan sonra keçirilən mətbuat konfransında Qəbələ təmsilçisinin ukraynalı baş məşqçisi Roman Qriqorçuk məğlubiyyəti belə şərh edib:
“Bu gün pis oynadıq. Amma qeyd etmək istərdim ki, komandam ikinci dəfə ardıcıl məğlub olur. İkinci hissədə yaxşı oynadıq. Düşünürəm ki, ardıcıl iki oyunda məğlubiyyət normaldı. Bizim hədəflərimiz yüksəkdi. Bu yolda çətinliklərimiz olacaq. Komandam ruhdan düşməməlidi. Alnımız ağ, üzümüz açıq növbəti oyuna hazırlaşmalıyıq”.
(pfl.az)