Premyer-liqa
AZAL-ın müdafiəçisi "İnter"lə oyunu buraxacaq
Premyer Liqanın 23-cü turunda AZAL doğma arenada “İnter&…
Premyer Liqanın 23-cü turunda AZAL doğma arenada “İnter”i qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, “təyyarəçilər” bu görüşə itkilərlə çıxacaq.
Belə ki, “Sumqayıt”la oyunda sarı vərəqə alan müdafiəçi Novruz Məmmədov limiti doldurub və o, növbəti qarşılaşmada çıxış edə bilməyəcək. Zədəsini bərpa edən Nicat Qurbanov isə artıq məşqlərə başlayıb. Komandanın yeganə zədəlisi isə əməliyyat olunan yarımmüdafiəçi Eduardo Konseysaodu.