Premyer-liqa
"Sumqayıt"dan qaçan var: Rəsmi açıqlama gözlənilir
Premyer Liqanın autsayderlərindən olan “Sumayıt”da iş…
Premyer Liqanın autsayderlərindən olan “Sumayıt”da işlər yolunda getmir. Futbolinfo.az xəbər verir ki, son günlərdə klub haqqında yayılan məlumatlar gündəmi zəbt edir.
Bunlardan biri də “kimyaçılar”ın üzvü Təvəkkül Məmmədovla bağlıdı. Belə ki, 23 yaşlı yarımmüdafiəçi klubu gözlənilmədən tərk edib. Əldə etdiyimiz məlumata görə, buna futbolçu ilə klub rəhbərliyi arasında gərginliyin yaşanması səbəb olub. Klub rəhbərliyinin Məmmədova öz etirazını bildirməsi futbolçunu hövsələdən çıxarıb və o da öz növbəsində əşyalarını yığaraq, heç kimə “sağ ol” demədən “Sumqayıt”ın bazasını tərk edib.
Klub prezidenti Kamran Quliyevdən aldığımız məlumata görə, yaxın bir saat ərzində futbolçu ilə bağlı rəsmi açıqlama yayımlanacaq.
Qeyd edək ki, bütün bunlara səbəb Premyer Liqanın 21-ci turu çərçivəsində “Sumqayıt”ın "Bakı"ya qarşı keçirdiyi oyunda Təvəkkül Məmmədovun əvəzinə meydana Orxan Əliyevin çıxması səbəb göstərilir. Futbolçu öz açıqlamasında “zolaqlılar”a qarşı oyunda Orxanın yox, özünün meydana çıxmalı olduğunu bildirmişdi. Sadəcə, millimizin baş məşqçisi Robert Prosineçki Əliyevi bəyənsin deyə meydana buraxıldığı iddia olunur. Bə bundan sonra da futbolçu ilə klub rəhbərliyinin arası dəyib.
- I Liqa2024-05-17 08:00
“Şamaxı”… Qayıdır axı…
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Müsahibə2024-05-16 14:00
“Niderlandda gördüklərimizi həm akademiyamızda, həm də əsas komandamızda tətbiq etməyə çalışacağıq”