Ölkə futbolu
Hafiz Məmmədovun klubu rəsmən dağıldı – ÖZƏL
Azərbaycan çempionatının 1-ci divizionunda çıxış e…
Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edən klub rəsmən fəaliyyətini dayandırdı. Futbolinfo.az xəbər verir ki, bu, Bakının “Lokomotiv” klubudu.
Əldə etdiyimiz məlumata görə, Biləcəri təmsilçisinin fəaliyyətini dayandırmasına klubun maliyyə problemləri yaşaması səbəb olub. Maraq üçün bildirək ki, “dəmiryolçular”a “Bakı”nın prezidenti Hafiz Məmmədov himayədarlıq edirdi. Sabiq milyonçunun hazırda müflis durumda olduğunu nəzərə alsaq, farm-klubu kimi fəaliyyət göstərən “Lokomotiv”in dağılması gözlənilən idi.
Qeyd edək ki, son bir neçə ayda komandanın üzvləri maaş üzünə həsrət qalmışdı. Maliyyə sıxıntısı üzündən komanda çempionat oyunlarına da düzgün şəkildə hazırlaşa bilmirdi.
İlk dövrədə “Lokomotiv” maliyyə sıxıntısına görə “Ağsu” ilə oyuna tam heyətlə çıxa bilməmişdi. AFFA İntizam Komitəsi də Biləcəri təmsilçisinin bu davranışını texniki məğlubiyyətlə "dəyərləndirmişdi".